"Qarabağ"dan növbəti transfer - Video

23:27 - 26 Yanvar 2023 - İDMAN

"Qarabağ" növbəti transferini açıqlayıb

Ucnoqta.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu dəfə heyətinə Fransanın "Dijon" komandasından Yassin Benzianı qatıb.

Bu barədə klub sosial şəbəkə hesabında paylaşım edib.

Fransalı hücumameyilli yarımmüdafiəçi ilə 2025-cı il iyunun 30-dək müqavilə imzalanıb.
Yassin Benzia “Lion”, “Lill”, “Dijon” (hamısı Fransa), “Olimpiakos” (Yunanıstan), “Fənərbaxça”, “Hatayspor” (hər ikisi Türkiyə) kimi klublarda çıxış edib.
 


Xəbər xətti