Britaniya Ukraynaya “Challenger 2” tankları göndərməyi planlaşdırır

20:05 - 26 Yanvar 2023 - DÜNYA

Böyük Britaniya martın sonunda Ukraynaya “Challenger 2” tankları göndərməyi planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Həmin vaxta qədər Ukrayna hərbçiləri bu döyüş maşınlarının istismarı və texniki xidməti üzrə intensiv təlim keçəcəklər.

Xəbər verdiyimiz kimi, Böyük Britaniya Ukraynaya 14 müasir “Challenger 2” əsas tankının göndərildiyini elan edib.

Xəbər xətti