Göyçay sakini atasını tənqid edən həmkəndlisindən necə qisas aldı?

18:28 - 26 Yanvar 2023 - Cəmiyyət

Göyçay rayonun Şəkər kəndində atasına "saçın-saqqalın ağarıb, yenə də yerini bilmirsən...” deyən qonşusunun tövləsini yandıran şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, hadisəni 1992-ci il təvəllüdlü Göyçay rayonu, Şəkər kənd sakini Rusif adlı şəxs törədib. 

Belə ki, Rusif günorta saatlarında atası Yədulla ilə kənddə piyada gedərkən həmkəndilələri olan Raqiflə rastlaşıblar. Həmin vaxt Yədulla Raqifqlə zarafat edib. Raqif əsəbləşərək Yədullaya oğlunun yanında "saçın-saqqalın ağarıb, yenə də yerini bilmirsən, Rusifın yanında sənə başqa söz demirəm. Özümə ayıb bilirəm” deyərək cavab qaytarıb. 
Atası Yədulla isə Raqifdən belə kobudluq gözləmədiyi üçün heç bir reaksiya verməyib və ona cavab qaytarmayıb. 
Bundan əsəbiləşən Rusif günorta saatlarında cibindəki alışqanla Raqifin yaşadığı evin yanına gedib və tavanında quru ot olan tövləni yandırıb. Nəticədə 40 ədəd quru yonca ot bağlaması yanıb, tövlədəki biri 1800 manat, digəri isə 2000 manat dəyərində cəmi iki baş "şvis” cinsli iribuynuzlu heyvan yanaraq ölüb, həmçinin təmir-bərpa işlərinə 3240 manat tələb olunan ümumi 36 kv.m tövləni yanıb və Rafiqə ümumilikdə 7220 manat ziyan dəyib. 
Məhkəmənin qərarı ilə Rusifə əvvəlki cəzası nəzərə alınmaqla, 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Xəbər xətti