XTQ-nin polkovnik-leytenantının oğlu vəfat etdi - FOTO

09:53 - 26 Yanvar 2023 - Cəmiyyət

Vətən müharibəsi iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Bayram Qurbanovun oğlu Vahid Qurbanlı İstanbulda vəfat edib.

Ucnoqta.az  xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat verib: 
“Vahidin müalicəsi üçün Bayram, yaxınları, komandanlıq, vətəndaşlar, o cümlədən ölkə hüdudlarından kənarda yaşayanlar və çox sayda tanımadığımız dostlar əllərindən gələn köməyi etdilər”.

Qeyd edək ki, onkoloji xəstəlikdən əziyyət çəkən Vahid Qurbanlı müalicə olunsa da, İstanbulda yerləşən xəstəxanada vəfat edib.

 


Xəbər xətti