Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycana gələcək.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, o, hazırda Hindistanda səfərdədir.
Misir prezidenti İrəvana da rəsmi səfərə gedəcək. Bu barədə Ermənistan prezident aparatının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ağasi Marqaryan bildirib.
Qeyd edək ki, hələ ötən ilin fevralında Misir prezidentin Azərbaycana gələcəyi ilə bağlı xəbərlər yayılmışdı. Lakin səfərin tarixi açıqlanmamışdı.