ABŞ Finlandiya və İsveçin NATO-ya üzv olmağa hazır olduğunu açıqlayıb

Ağ Ev Finlandiya və İsveçin NATO-ya üzv olmağa hazır olduğunu açıqlayıb

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Ağ Evin sözçüsü Karine Jean-Pierre bildirib ki, ABŞ-a görə, Finlandiya və İsveç artıq NATO-ya üzv olmağa hazırdır. Belə ki, o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Stokholmdakı Türkiyənin səfirliyində Quranın yandırılması ilə bağlı aksiyadan sonra Ankaranın İsveçin alyansa daxil olmasına qarşı çıxması ilə bağlı sözlərinə cavab verib.

“Biz keçmişdə dəfələrlə demişik ki, Finlandiya və İsveç NATO-nun üzvü olmağa hazırdır” - deyən Jan-Pier Finlandiya və İsveçin sonda alyansın bir hissəsi olacağına ümid etdiyini bildirib.

Tarix
25 Yanvar 2023 [00:11]
Müəllif
Üç nöqtə
2023-01-25 00:11:56
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin