Ağ Ev Finlandiya və İsveçin NATO-ya üzv olmağa hazır olduğunu açıqlayıb
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Ağ Evin sözçüsü Karine Jean-Pierre bildirib ki, ABŞ-a görə, Finlandiya və İsveç artıq NATO-ya üzv olmağa hazırdır. Belə ki, o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Stokholmdakı Türkiyənin səfirliyində Quranın yandırılması ilə bağlı aksiyadan sonra Ankaranın İsveçin alyansa daxil olmasına qarşı çıxması ilə bağlı sözlərinə cavab verib.
“Biz keçmişdə dəfələrlə demişik ki, Finlandiya və İsveç NATO-nun üzvü olmağa hazırdır” - deyən Jan-Pier Finlandiya və İsveçin sonda alyansın bir hissəsi olacağına ümid etdiyini bildirib.