Məhkəmə Bəxtiyar Hacıyevi azadlığa buraxmadı

Bəxtiyar Hacıyevin girov müqabilində azadlığa buraxılmaması ilə bağlı qərardan verilmiş şikayətə baxılıb.

APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda şikayət əsassız hesab olunub.

Məhkəmə Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ittiham irəli sürülüb.

Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Tarix
24 Yanvar 2023 [16:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2023-01-24 16:03:59
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin