Bolduin qətl ittihamlarına baxmayaraq film çəkilişlərinə davam edəcək

09:00 - 24 Yanvar 2023 - MAQAZİN

Oleq Bolduin ilə "Rust" filminin çəkilişləri çəkiliş meydançasında operatorun ölümünə baxmayaraq davam edəcək.

Ucnoqta.az xəbər verir ki, "Rust Movie Productions"ın vəkili Melina Spadoun "Entertainment Tonight"a bildirib.

Onun sözlərinə görə, çəkiliş prosesində baş verənlərə nəzarət edən xüsusi təhlükəsizlik müfəttişləri və həmkarlar ittifaqı üzvləri iştirak edəcək. Vəkil çəkiliş meydançasında işlək silahlardan və hər hansı sursatdan istifadənin qadağan olunacağını da bildirib.

Xəbər xətti