Ağcabədidə arvadını öldürən 70 yaşlı kişi həbs edildi

18:13 - 17 Yanvar 2023 - HADİSƏ

Ağcabədi rayonu ərazisində 1955-ci il təvəllüdlü Dəstəgül Mehtiyevanın qəsdən öldürülməsi faktına görə zərərçəkmişin əri 1953-cü il təvəllüdlü Əliyar Mehdiyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu barədə Ucnoqta.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Xəbərə görə, hazırda cinayət işi üzrə Ağcabədi rayon prokurorluğunda ibtidai istintaq davam etdirilir.

Qeyd edək ki, yanvarın 14-də 1956-cı il təvəllüdlü Dəstəgül Mehtiyevanın kəsici alətlə öldürülməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Araşdırmalarla cinayət əməlini onun həyat yoldaşı 1953-cü il təvəllüdlü Əliyar Mehdiyevin törətməsi ilə bağlı əsaslı şübhələr müəyyən olunub. Əliyar Mehdiyev arvadını öldürdükdən sonra intihara cəhd edib.

 

Xəbər xətti