FHN əməliyyat görüntüləri yayıb - VİDEO

12:06 - 17 Yanvar 2023 - HADİSƏ

Ötən sutka ərzində 23 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 9 nəfər xilas edilib, həmçinin Lənkərançay çayında aşkar olunan naməlum qadının meyiti nazirliyin dalğıc-axtarış qrupu tərəfindən çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti