Türkiyədə hərbçilər qəzaya düşdü - 3 ölü

10:13 - 17 Yanvar 2023 - HADİSƏ

Türkiyənin Mersin şəhərində hərbçiləri daşıyan avtobus qəzaya düşüb.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər ölüb, 20 nəfər yaralanıb. .

Mersin-Niğde istiqamətində hərəkət edən avtobusda hərbçilər olub. Sərnişin nəqliyyatının sürücüsü naməlum səbəbdən qarşıdakı, arxa hissəsində metal profillər olan yük maşınına çırpılıb. Nəticədə avtobus yanıb.

Avtobusdan sərnişinlər təxliyyə edilib və xəstəxanalara aparılıb. Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırmalara başlanılıb.

Ruhəngiz


Xəbər xətti