Yanvarın 16-da Afrika Seneqalında sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ən azı 19 nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə AP məlumat yayıb. Yerli hakimiyyət qəzada onlarla insanın yaralandığını da açıqlayıb.
Prezident Macky Sallin sözlərinə görə, Seneqalın şimalında Ngeun Sarr yaxınlığında sərnişin avtobusu yük maşını ilə toqquşub.
Avtobus sürücüsü yolda eşşəyi vurmamağa çalışsa da, uğursuz manevr nəticəsində yük maşınına çırpılıb.
Emin