Sumqayıtda 70 yaşlı kişi özünü binadan atdı

18:31 - 16 Yanvar 2023 - HADİSƏ

Sumqayitda intihar hadisəsi baş verib. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb. 

Şəhər sakini, 1953-cü il təvəllüdlü İmaməli Hüseynov yaşadığı binadan özünü atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib. 

İntiharın dəqiq səbəbləri hələlik məlum olmasa da, İ.Hüseynovun ruhi əsəb dispanserində qeydiyyatda olduğu bildirilir. 

 

Xəbər xətti