Göyçayda kürəkən qayınanasını bıçaqladı

17:11 - 16 Yanvar 2023 - HADİSƏ

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Ucnoqta.az-ın Oxu.Az-a istinadən məlumatına görə, Ağcabədi rayon sakini Gündüz Rəhimov ailə-məişət zəminində aralarında yaranan mübahisə zamanı qayınanası, 1977-ci il təvəllüdlü, Ucar rayon sakini Aynur Əliyevaya bıçaqla xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb:

“Müvafiq ekspertiza təyin olunub və şöbənin istintaq bölməsində araşdırmalar davam etdirilir”.

 

Xəbər xətti