Rusiya qoşunlarının Ukraynanın dinc şəhərlərini birbaşa dinc əhaliyə qarşı atəşə tutması cəzasız qalmayacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Aİ-nin ali nümayəndəsi Josep Borrell “Twitter” səhifəsində yazıb.
“Ukrayna şəhərləri Rusiyanın növbəti raket hücumuna məruz qalıb. Rusiyanın qeyri-insani təcavüzü birbaşa mülki şəxslərə, o cümlədən uşaqlara qarşı yönəlib. Bu cinayətlər cəzasız qalmayacaq”.
Borrell vurğulayıb ki, Avropa İttifaqı lazım olduğu müddətdə Ukraynanı dəstəkləməyə davam edəcək.
Ruhəngiz