Abşeronda 30 yaşlı kişi bıçaqlandı

16:18 - 15 Yanvar 2023 - HADİSƏ

Abşeronda 30 yaşlı kişi bıçaqlanıb.

DİN Mətbuat xidmətindən Ucnoqta.az-a bildirilib ki, bu gün saat 14:00 radələrində 1993-cü il təvəllüdlü Elvin Uçaqovun bıçaqla kəsici-deşici xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsinə dair polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Röyal Səlimov saxlanılıb. İlkin məlumata görə, hadisə iki şəxsin yeyib-içdikdən sonra aralarında yaranan mübahisə nəticəsində baş verib.

Araşdırma aparılır.

 

Xəbər xətti