Qubada qanunsuz ov edən şəxs saxlanılıb

12:21 - 15 Yanvar 2023 - HADİSƏ

Qubada qanunsuz ov edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində saxlanılan Füzuli Ağayevdən 1 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladığı çöl dovşanı aşkar edilib.

Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.

Xəbər xətti