Göyərtəsində 72 sərnişin olan Yeti Hava Yollarına məxsus təyyarə Nepalın Pokhara Beynəlxalq Hava Limanının uçuş-enmə zolağında qəzaya uğrayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Hazırda təyyarənin qəzaya uğrama səbəbləri araşdırılır, ölənlər və sağ qalanlar barədə hələlik məlumat verilmir. Məlumdur ki, bölgənin səlahiyyətli orqanları xilasetmə işləri müddətində hava limanını bağlayıb. Hadisə şahidlərinin yerləşdirdiyi kadrlarda təyyarənin yanan hissələri və tüstü buludları görünür.