Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var

19:13 - 13 Yanvar 2023 - HADİSƏ

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə rayonun Poylu kəndinin ərazisində qeydə alınıb. Hərəkətdə olan "Niva " ilə "Opel" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 1979-ci il təvəllüdlü Cümşüd Rzayev, 1960-ci il təvəllüdlü Rizvan Mustafayev və 1978-ci il təvəllüdlü Kamil Cabbarov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti