Gürcüstanın baş naziri İrakli Qaribaşvili İrəvanda Ermənistan Nazirlər Kabinetinin rəhbəri Nikol Paşinyanla görüşündə ölkənin Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında vasitəçi rolunu oynamağa davam etməyə hazır olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Müzakirələr regionda və dünyada təhlükəsizlik vəziyyəti və çağırışlara yönəlib. Baş nazir regionda sülhün və sabitliyin təmin edilməsi üçün qonşu ölkələr arasında vasitəçi rolunu oynamağa davam etməyə hazır olduğunu bildirib", - məlumatda deyilir.
Emin