Tacikistanda bir gün əvvəl doğulan 6 körpə vəfat edib

11:11 - 12 Yanvar 2023 - HADİSƏ

Bir gün əvvəl Tacikistanda doğulan 6 körpənin hamısı dünyasını dəyişib.

Ucnoqta.az xəbər verir ki, bu barədə doğum evinin baş həkimi Nuri Dadobayeva məlumat verib.

"Uşaqların ölümünün əsas səbəbləri vaxtından əvvəl doğuşlar və körpələrin az çəkisi olub", - məlumatda deyilir.

Həkimlər yeni doğulan körpələrin və onların analarının vəziyyətini normal qiymətləndirirdilər.

Xatırladaq ki, ötən gün Tacikistanda altı uşaq - iki oğlan və dörd qız dünyaya gəlib. 

Bir anda altı uşağın doğulması Tacikistan tarixində ilk hadisə idi. 

Xəbər xətti