Cəlilabadda çardaq maşının üstünə düşüb - FOTO

11:06 - 12 Yanvar 2023 - HADİSƏ

Güclü qar Cəlilabadda fəsadlar törədib.

APA-nın verdiyi məlumata görə, güclü yağan qar səbəbindən Cəlilabad şəhər sakini Saməddin Muradova məxsus evin çardağı aşıb. Qar kütləsinin ağırlığından aşan çardaq ev sahibinə məxsus maşının üstünə düşüb.

Xəsarət alan olmayıb. Fəsadların aradan qaldırılması üçün tədbirlər görülür.


Xəbər xətti