Abşeronda yeddimərtəbəli binada 830 m² sahə yanıb

17:09 - 11 Yanvar 2023 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyi Abşeron rayonu, Məmmədli kəndində yeddimərtəbəli yaşayış binasında baş vermiş yanğın barədə məlumat yayıb.

FHN-dən verilən məlumata görə, yYanğın nəticəsində binanın birinci mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 750m² olan təsərrüfat malları saxlanılan anbarın yanar konstruksiyaları 230m² sahədə, ümumi sahəsi 830m² olan ondulindən ibarət dam örtüyü və taxta atmaları 600m² sahədə yanıb, yanğının mənzillərə keçməsinə imkan verilməyib.

Yanğın zamanı 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib, 1 nəfər tüstüdən zəhərlənib. Anbarın və dam örtüyünün qalan hissəsi, eləcə də mənzillər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

Xəbər xətti