Kreml Paşinyanın Qarabağa BMT sülhməramlılarının göndərilməsi açıqlamasına münasibət bildirdi

15:03 - 11 Yanvar 2023 - SİYASƏT

BMT sülhməramlılarının Dağlıq Qarabağa göndərilməsi mövzusu bir neçə dəfə gündəmə gəlib, lakin istənilən missiya yalnız münaqişənin hər iki tərəfinin - həm Bakının, həm də İrəvanın razılığı ilə cəlb edilə bilər

Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. "Təbii ki, bu mövzu dəfələrlə gündəmdə olub. Amma aydındır ki, istənilən missiyalar yalnız münaqişənin hər iki tərəfinin razılığı ilə göndərilə bilər", - Kremlin sözçüsü bildirib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya “öz öhdəliklərini yerinə yetirə bilməsə” BMT Təhlükəsizlik Şurasında Dağlıq Qarabağa çoxmillətli missiyanın göndərilməsi təşəbbüsü ilə çıxış edə bilər.

Emin

Xəbər xətti