Qaradağda “Mercedes” buzlu yolda aşıb

10:51 - 11 Yanvar 2023 - HADİSƏ

Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, hava şəraiti ilə əlaqədar “Mercedes” markalı avtomobil sürüşərək yoldan çıxıb.

Ərazidə xidmət aparan Post Patrul Xidmətinin əməkdaşları yolda qalan ailəyə köməklik göstərib.

Xəsarət alan olmayıb.

Xəbər xətti