Naxçıvanda 29 yaşlı oğlan ata-anasını bıçaqladı

11:00 - 11 Yanvar 2023 - HADİSƏ

Yanvarın 10-u Naxçıvan şəhərində bıçaqlanma hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətindən Ucnoqta.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1962-ci il təvəllüdlü atası və 1976-cı il təvəllüdlü anasına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirən 1995-ci il təvəllüdlü Yəhya Mirzəmmədov Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 

Faktla bağlı istintaq hərəkətləri aparılır.

Xəbər xətti