Goranboyda hamamda partlayış olub, ölən var

10:13 - 11 Yanvar 2023 - HADİSƏ

Goranboy rayonunda hamamda partlayış olub, ahıl qadın ölüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə yanvarın 10-u saat 18 radələrində rayonun Şəfibəyli kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəyeva Validə Yadulla qızı yaşadığı fərdi yaşayış evində hamamda olan su çəninin partlaması nəticəsində başından aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti