Saatlıda yük qatarında yanğın olub

22:43 - 10 Yanvar 2023 - HADİSƏ

“Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yük qatarında yanğın olub.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, Saatlı şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus Beyləqan-Daşburun istiqaməti ilə hərəkət edən 8 ədəd vaqondan ibarət yük qatarının bir vaqonunda 300 m² sahədə taxta şpal yanıb. Teplovoz və digər vaqonlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Xəbər xətti