Avtobus 10 yaşlı uşağı vuraraq öldürdü

18:25 - 10 Yanvar 2023 - HADİSƏ

Bakıda avtobus 10 yaşlı uşağı vuraraq öldürüb.

DİN-in mətbuat xidmətindən Ucnoqta.az-a bildirilib ki, hadisə bu gün saat 16:30 radələrində Xətai rayonu Əhmədli qəsəbəsində baş verib.

Belə ki, 44 saylı marşrut üzrə hərəkət edən “Daewoo” markalı xətt avtobusu 10 yaşlı məktəbli oğlanı vurub. Məktəbli hadisə yerində dünyasını dəyişib. 

Araşdırma aparılır.

 

Xəbər xətti