Putin üç gün ərzində Ukraynanı ələ keçirmək ... - NATO Baş katibi

15:54 - 10 Yanvar 2023 - SİYASƏT

Avropa İttifaqı və NATO üçüncü əməkdaşlıq bəyannaməsini imzalayıb, İran və Belarusa qarşı sanksiyalar genişləndirilməyi planlaşdırır

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Brüsseldə mətbuat konfransı zamanı bildirib. Onun sözlərinə görə, sanksiyaların gücləndirilməsinə səbəb Ukraynaya qarşı müharibəyə dəstəkdir.

"Aİ Ukraynadakı cəsur insanlara dəstək olmaq üçün mümkün olan hər şeyi etməyə davam edəcək. Biz sərt sanksiyalar rejimi ilə lazım olan müddət ərzində Kremlə təzyiq göstərməyə davam edəcəyik" dedi.

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya dəstəyin, eləcə də transatlantik əlaqələr və tərəfdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

"Biz indicə üçüncü əməkdaşlıq bəyannaməsini imzalamışıq... Putin üç gün ərzində Ukraynanı ələ keçirmək və bizi bölmək istəyirdi. O, hər iki baxımdan uğursuzluğa düçar oldu", - baş katib əlavə edib.

Ruhəngiz

Xəbər xətti