Bakıda sexdən oğurluq edilib

11:01 - 10 Yanvar 2023 - HADİSƏ

Bakıda sexdən 4 min manat oğurlandı

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, yanvarın 5-nə keçən gecə Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində yerləşən sexlərin birindən 4000 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Salam Hüseynli müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Xəbər xətti