Biləsuvarda kütləvi dava: Xəsarət alanlar var

00:51 - 10 Yanvar 2023 - HADİSƏ

Biləsuvar rayonunda kütləvi dava olub.

Ucnoqta.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində marketlərin birinin yaxınlığında qeydə alınıb.

Belə ki, hələlik məlum olmayan səbəbdən bir neçə nəfər arasında düşən dava zamanı iki nəfər, Bakı şəhər sakinləri, 1983-cü il təvəllüdlü V. Məmmədov və 1963-cü il təvəllüdlü K.Haqverdiyev müxtəlif bədən xəsarətləri alıb.

Xəbər xətti