Rusiyada təyyarə sərt eniş edib - ölənlər var

20:03 - 9 Yanvar 2023 - HADİSƏ

Rusiyada göyərtəsində 10 sərnişini olan "An-2" təyyarəsi sərt eniş edib.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, nəticədə 2 nəfər ölüb, 10 nəfər yaralanıb. Bu barədə Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsi Telegram kanalında məlumat yayıb.

"Nenets Muxtar Dairəsinin Karatayka kəndi yaxınlığında göyərtəsində 10 sərnişinin olduğu "An-2" təyyarəsi qəzaya uğrayıb. Hazırda ölənlərdən ikisinin şəxsiyyəti müəyyən edilib, digərləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - məlumatda bildirilir.

Ölənlərin pilot və sərnişin olduğu deyilir.

Emin

Xəbər xətti