Bakıda qadını avtomobil vurub öldürüb

19:44 - 9 Yanvar 2023 - HADİSƏ

Bakıda piyadanı avtomobil vurub öldürüb.

DİN-in Mətbuat xidmətindən Ucnoqta.az-a bildirilib ki, yanvarın 9-da saat 18:45 radələrində Nəsimi rayonu Rəşid Behbudov küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, sürücü Sabina Hacıyeva idarə etdiyi “Hunday” markalı avtomobillə 50-60 yaşlı qadını vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Araşdırma aparılır.

Xəbər xətti