Qarlı havada yıxılan 25 nəfər xəsarət alıb

19:38 - 9 Yanvar 2023 - HADİSƏ

Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbi ilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 25 müraciət daxil olub.

TƏBİB-dən Ucnoqta.az-a verilən xəbərə görə, onlardan 18-i qadın, 7-si kişidir.

Müraciətlər əsasən diz oynağı, çanaq, bilək, topuq, çiyin çıxığı, əl nahiyələrinin travmaları ilə bağlı olub.

Xəsarət alanlardan biri uşaq, digərləri isə 20-62 yaş aralığında şəxslər olub.

Xəsarət alanların hər biri aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya olunub.

 

Xəbər xətti