Tovuzda iki minik maşını toqquşub xəsarət alan var.
Ucnoqta.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə rayonun Heydər Əliyev propektində qeydə alınıb.Hərəkətdə "VAZ-2107" ilə "VAZ-2106" markalı minik maşınları toqquşub.
Qəza zamanı sürücülərdən biri xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.