"Atletiko" - "Barselona" oyununda DAVA - VİDEO

16:28 - 9 Yanvar 2023 - HADİSƏ

Monteneqro millisinin müdafiəçisi Stefan Saviç və ispaniyalı yarımmüdafiəçi Ferran Torres İspaniya çempionatının 16-cı turunun "Atletiko" - "Barselona" matçında davaya görə uzun müddət diskvalifikasiya oluna bilər.

Ucnoqta.az xəbər verir ki, ikinci hissənin əsas vaxtında Torres və Saviç emosiyalarının öhdəsindən gələ bilməyib və oyun anlarının birindən sonra dalaşıblar. İspan futbolçu rəqibini saçından dartıb, “Atletiko”nun oyunçusu isə Torresin cinsi orqanını sıxaraq cavab verib.


Hakim futbolçulara qırmızı vərəqə göstərib.

Emin

Xəbər xətti