Keçmiş məhkum sürücünü bıçaqla hədələyib pulunu alıb

11:12 - 9 Yanvar 2023 - HADİSƏ

Sumqayıtda sürücünü bıçaqla hədələyib quldurluq yolu ilə pulunu talamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Ucnoqta.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.
Qeyd oolunub ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Mehdiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.

Araşdırmalarla onun yanvarın 3-də H.Z.Tağıyev qəsəbəsi ərazisində sərnişin qismində olduğu “Opel” markalı avtomobilin sürücüsünü bıçaqla hədələyib quldurluq yolu ilə pulunu talaması da müəyyən olunub.

Xəbər xətti