Gədəbəydə bədbəxt hadisə baş verib.
APA-nın məlumatına görə, yanvarın 7-də Gədəbəy rayon sakini - 1978-ci il təvəllüdlü Elbrus Yusubov yaşadığı evdə yıxılaraq kəllə-beyin travması alaraq Gəncə şəhərindəki xəstəxanaların birinin reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq E.Yusubov bu gün müailcə aldığı xəstəxanada (09.01.2023-cü ildə) dünyasını dəyişib.