Ələt-Astara magistralında ölümlə nəticələnən qəza baş verib
APA-nın məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Yük maşınlarının toqquşması nəticəsində sürücü ölüb, sərnişin isə komatoz vəziyyətdə Salyan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.