Meksika metrosunda iki qatar toqquşub - ölən və yaralananlar var

23:43 - 7 Yanvar 2023 - HADİSƏ

Meksika paytaxtı metrosunun üçüncü xəttində iki qatarın toqquşması nəticəsində ən azı 35 nəfər xəsarət alıb 

Ucnoqta.az xəbər verir ki, bu barədə şəhərin ictimai təhlükəsizlik departamentinin rəhbəri Omar Qarsiya Twitter-də bildirib. Hadisə nəticəsində bir nəfər ölüb, ən azı 35 nəfər yaralanıb.  

Onların vəziyyəti ilə bağlı məlumat açıqlanmayıb. Rəsmi məlumatlara görə, bir nəfər ölüb.

Hadisənin səbəbləri barədə hələlik məlumat verilməyib. Xilasetmə əməliyyatının başa çatması ilə bağlı hələlik məlumat yoxdur. Mexiko şəhər prokurorları hadisə ilə bağlı araşdırmalara başlayıb.

Emin

Xəbər xətti