Ermənistanda yol qəzasında 6 nəfər ölüb

23:00 - 7 Yanvar 2023 - HADİSƏ

Ermənistanda ağır yol qəzası baş verib

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, qəza Getaşen-Xocavənd yolunda baş verib.

Belə ki, “Opel” və "Lada Priora" markalı avtomobillərinin toqquşması nəticəsində altı nəfər yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti