Beyləqan rayonunun Tatalılar kəndində traktora qoşulan 3 ədəd qoşqunun yanar hissələri və qoşqulara yığılan 8 ton ot bağlamasının 3 tonu yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Ot bağlamalarının qalan hissəsi və traktor yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.