Şəmkir sakini əmisi oğluna balta ilə xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Ucnoqta.az-a bildirib ki, Şəmkir rayon Polis Şöbəsinə rayon sakini Elçin Əliyevin baş nahiyəsindən xəsarət alması ilə bağlı məlumat daxil olub. İlkin məlumata görə E. Əliyev torpaq üstündə əmisi oğlu Səxavət Əliyev ilə mübahisə edən zaman xəsarət alıb. Zərərçəkmiş ifadəsində əmisi oğlunun balta ilə ona xəsarət yetirdiyini bildirib.
Faktla bağlı ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.
13:37
Şəmkirdə tanışlar arasında torpaq üstə dava olub,bir nəfər xəsarət alıb.
Ucnoqta.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə rayonun Qədimqala kəndində qeydə alınıb.
1989-cu il təvəllüdlü Elçin Əliyev müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, E.Əliyev tanışı tərəfindən torpaq üstə balta ilə vurulub.
Faktla bağlı araşdırma aparılır.