Ötən sutka ərzində 20 yanğına çıxış olub - FHN

11:28 - 6 Yanvar 2023 - HADİSƏ

Ötən sutka ərzində 20 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib, qəza-xilasetmə əməliyyatları zamanı 5 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilib.

Xəbər xətti