Ankara-Bakı reysində sərnişin vəfat edib

12:55 - 5 Yanvar 2023 - HADİSƏ

Yanvarın 4-də Ankara-Bakı reysi üzrə Azərbaycana gələn sərnişin təyyarəsində ölüm hadisəsi baş verib. 

Məlumata əsasən, saat 14:00 radələrində Türkiyədən Bakıya gələn təyyarədə olan sərnişin, Sumqayıt şəhər sakini, 1966-cı il təvəllüdlü Qəzənfər Məmmədov dünyasını dəyişib. Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi və bu xəstəlik ucbatından vəfat etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti