Bakıda mənzildən bir ailənin 4 üzvünün meyiti tapıldı

11:52 - 5 Yanvar 2023 - HADİSƏ

Bakıda mənzildən bir ailənin 4 üzvünün meyiti aşkarlanıb.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün paytaxtın Nərimanov rayonu, Ağaoğlu küçəsi 7 ünvanında baş verib. Həmin ünvanda yerləşən mənzillərdən birində bir ailənin 4 üzvünün meyiti aşkarlanıb.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Xəbər xətti