ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə telefon danışığı aparacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı jurnalistlərə bildirib.
Praysın sözlərinə görə, “Blinken bu prosesdə şəxsən iştirak edir, o, Ermənistan və Azərbaycandan olan həmkarları ilə müntəzəm əlaqə saxlayır. Gözləyirəm ki, yaxın günlərdə onun Ermənistan və Azərbaycandan olan həmkarları ilə yenidən telefonla danışmaq imkanı olacaq”.
Pünhan