Gəncədə qadından narkotik aşkarlandı - Foto

11:29 - 5 Yanvar 2023 - HADİSƏ

Gəncə Şəhər Baş Polis İdarəsi 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Diana Mehdiyeva saxlanılıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Onun üzərinə baxış keçirilən zaman 5.54 qram narkotik vasitə olan “marixuana” aşkar edilib.

Məlumata görə, saxlanılan şəxsin ətrafında davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki istifadəyə yararsız tikilidə gizlətdiyi 6 torbada ümumi çəkisi 36 kq 745 qram “marixuana” da aşkar edilərək götürülüb

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.


Xəbər xətti